Azərbaycan Stronqmen Federasiyasının prezidenti beynəlxalq qurumda təmsil olunacaq
Azərbaycan Stronqmen Federasiyasının prezidenti Bəxtiyar Quliyevə WS Dünya Stronqmen Federasiyasında (WSF) vəzifə verilib.

O, Ümumdünya Stronqmen Federasiyasının vitse-prezidenti vəzifəsini icra edəcək. Beynəlxalq federasiyanın qərargahı Latviyada yerləşir. B.Quliyev, həmçinin həmin federasiyanın Stronqfit komitəsinin rəhbəri olacaq.

Qeyd edək ki, Bəxtiyar Quliyev 4 vitse-prezidentdən biri kimi WSF-nin İcraiyyə Komitəsinin üzvlüyündə də təmsil olunacaq.

Xatırladaq ki, WSF-in rəhbəri latviyalı Vladislav Redıkindir.

Xəbər 225 dəfə oxundu.