Azərbaycanın qadın voleybolçulardan ibarət millisi İslamiadada bürünc medala sahib olub
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın qadın voleybolçulardan ibarət millisi üçüncü yeri tutub.

omandamız bürünc medal uğrunda Kamerunla mübarizə aparıb. Görüş Azərbaycan komandasının 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. Oyunlarda 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.

Xəbər 318 dəfə oxundu.