La Liqanın son çempionu mövsümə qalibiyyətlə başlayıb
Futbol üzrə İspaniya La Liqasında ötən mövsümün çempionu "Real Madrid" klubu yeni mövsümə qalibiyyətlə başlayıb.

Son çempion 2022-2023 mövsümünün ilk oyununda La Liqaya yeni yüksələn “Almeriya” ilə qarşılaşıb.

Matçın 6-cı dəqiqəsində ev sahibləri Large Ramazaninin atdığı qolla ilk hissəni 1:0 öndə bitirib.

İkinci hissədə hücum oyunu sərgiləyən “Real Madrid” Lukas Vaskezin (65) və David Alabanın (71) qolları ilə hesabda önə keçib. Bununla da "Kral klubu" mövsümə 3 xalla start verib.

“Barselona” klubu isə mövsümə heç-heçə ilə başlayıb. Doxsan dəqiqə ərzində qapılara qol vurulmayıb.

Xəbər 276 dəfə oxundu.