Ağır atletika üzrə idmançımız İslamiadada mübarizə aparıb
Avqustun 9-18-də Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəylik Oyunlarında ağır atletika üzrə komandamızın çıxışı davam edir. Komandamızın üzvlərindən daha biri – İsa Rüstəmov mübarizəyə qoşulub. İdmançımız 67 kiloqram çəki dərəcəsində yarışıb.

Atletimiz birdən qaldırma hərəkətində 132 kiloqram, təkanla qaldırmada isə 161 kiloqramı ram edib. Toplam 293 kiloqram (132+161) nəticə göstərən atletimiz yekun sıralamada 8-ci yeri tutub.

Xəbər 312 dəfə oxundu.