Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarında dörddəbir finala vəsiqə qazanıb
Azərbaycan taekvondoçuları V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarını davam etdirirlər.

Bu gün mübarizə aparan dayanq ustalarımızdan Məhəmməd Məmmədov (74 kq) Gabon idmançısı Mussa Amar Sisseni məğlub edərək dörddəbir finala vəsiqə qazanıb.

Qeyd edək ki, taekvondoçularımız bunadək 1 qızıl, 2 gümüş, 2 bürünc medal əldə ediblər. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Minayə Əkbərova (46 kq), Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) isə bürünc medallara yiyələniblər.

Xəbər 1134 dəfə oxundu.