Taekvondoçumuz Minayə Əkbərova V İslam Həmrəyliyi Oyunlarının finalına yüksəlib
Azərbaycan taekvondoçusu Minayə Əkbərova (46 kq) V İslam Həmrəyliyi Oyunlarında daha bir görüşünü uğurla başa vurub.

Təmsilçimiz yarımfinalda özbəkistanlı rəqibini məğlub etməklə finala yüksəlib. İdmançı bu gün həlledici qarşılaşmada Mərakeş təmsilçisi ilə üz-üzə gələcək.

Qeyd edək ki, taekvondoçularımız indiyədək 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) bürünc medallara yiyələniblər.

Xəbər 274 dəfə oxundu.