16 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası özbəkistanlı yaşıdları ilə qarşılaşacaq
16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının avqustun 11-dən 18-dək Özbəkistanın Daşkənd şəhərində təlim-məşq toplanışı olacaq.

Millimiz hazırlıq çərçivəsində özbəkistanlı yaşıdları ilə iki yoldaşlıq oyunu keçirəcək. Oyunlar avqustun 14-də və 17-də baş tutacaq.

Xəbər 310 dəfə oxundu.