Daha bir sərbəst güləşçimiz V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib
Azərbaycanın daha bir sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını davam etdirir.

Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda Osman Nurmaqomedov (61 kq) dörddəbir finalda tunisli İmed Kaddidiyə 10:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.

Komandamızın digər üzvü İslam Bazarqanov isə əfqanıstanlı Məhəmməd Səyid Naserini 10:0 hesabı ilə məğlub edərək 1/4 finalda mübarizə aparacaq.

Xəbər 216 dəfə oxundu.