Sərbəst güləşçimiz Əsgər Məmmədəliyev V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
Azərbaycanın sərbəst güləşçisi Əsgər Məmmədəliyev Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda 70 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz ilk görüşdə Kamerun təmsilçisi Guldilim Kristian ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 10:0 hesabı ilə məğlub edərək dörddəbir finala adlayıb.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün Oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

Xəbər 280 dəfə oxundu.