Qazaxıstan atleti Mixail Litvin “Konya-2021”də 400 metr məsafəyə qaçış yarışlarında qızıl medal qazanıb
Qazaxıstan atleti Mixail Litvin Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında 400 metr məsafəyə qaçış yarışlarında birinci olub.

Konya Atletika Arenasında keçirilən yarışda atlet məsafəni 45,36 saniyəyə qət edib.

Səudiyyə Ərəbistanı təmsilçiləri Yusif Masrahi və Mazen Al-Yasen ilk üçlükdə yer alıblar.

Qeyd edək ki, Azərbaycan yığması Oyunlarda 13 medal qazanıb. Təmsilçilərimiz medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə ediblər.

Xəbər 294 dəfə oxundu.