Taekvondoçumuz V İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksəlib
Azərbaycan taekvondoçuları V İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışlarını davam etdirirlər.

Təmsilçimiz Minayə Əkbərova (46 kq) rəqiblərini məğlub edərək yarımfinala adlayıb. O, bununla özünə minimum bürünc medalı təmin edib. İdmançı bu gün final uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, taekvondoçularımız bunadək 1 qızıl, 1 gümüş, 2 bürünc medal qazanıblar. Belə ki, Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Patimat Abakarova (49 kq) və Həşim Məhəmmədov (58 kq) bürünc medallara yiyələniblər.

Xəbər 275 dəfə oxundu.