Bəhreyn atleti Davit Fikadu Admasu V İslamiadada 10 min metr məsafəyə qaçış yarışlarının qalibi olub
Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında kişi atletlər arasında 10 min metr məsafəyə qaçış yarışlarında qaliblər müəyyənləşib.

Konya Atletika Arenasında keçirilən yarışda Bəhreyn təmsilçisi Davit Fikadu Admasu 28 dəqiqə 31 saniyəlik nəticə ilə birinci olub.

Uqanda atleti Adel Çebat yarışı ikinci, cibutili Guellen isə üçüncü pillədə başa vurub.

İndiyədək ümumilikdə 56 ölkədən yarısı – 28 ölkə medal qazana bilib.

Qeyd edək ki, Azərbaycan yığması 13 medal qazanıb. Təmsilçilərimiz medallarını 4 növdə – güləş (3 qızıl, 2 gümüş, 1 bürünc), taekvondo (1 qızıl, 1 gümüş, 2 bürünc), atletika (1 qızıl, 1 gümüş) və idman gimnastikasında (1 gümüş) əldə ediblər.

Xəbər 364 dəfə oxundu.