Qadın şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında fərdi lövhələrdə medallara layiq görülüblər | |
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında turnir boyu layiqli mübarizə sərgiləyən Azərbaycanın qadın millisi fərdi lövhələrdə medallara layiq görülüblər. Xanım Balacayeva 9 partiyada 7 xal toplamaqla ikinci lövhədə bürünc, ehtiyat şahmatçımız Ülviyyə Fətəliyeva isə 8 oyunda 5 xal qazanmaqla fərdi nəticələrinə görə gümüş medala layiq görülüblər. Qeyd edək ki, həm qadın, həm də kişilərdən ibarət milli komandalarımız olimpiadanı 16 xalla 7-ci sırada başa vurublar. |
|
Xəbər 343 dəfə oxundu. |
|
|