Fəridə Əzizova V İslam Həmrəyliyi Oyunlarında komandamız üçün növbəti medalı təmin edib
V İslam Həmrəyliyi Oyunlarında taekvondoçumuz Fəridə Əzizova uğurla çıxış edərək yarımfinala yüksəlib.

Komandamızın üzvü (67 kq) yarımfinala vəsiqə uğrunda qarşılaşmada Qazaxıstanlı Feruza Yergeşovaya qalib gəlib. O, bununla da özünə minimum bürünc medalı təmin edib.

Qeyd edək ki, taekvondo üzrə komandamızın üzvləri Patimat Abakarova (49 kq) və Cavad Ağayev (68 kq) də yarımfinal mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, bunadək Azərbaycan komandasının üzvləri - atletika üzrə Anna Skidan (çəkicatma) qızıl, Aleksis Kopelyo (üç təkanla tullanma) gümüş və Həşim Məhəmmədov (taekvondo) isə bürünc medal əldə ediblər.

Xəbər 320 dəfə oxundu.