Türk idman müxbiri: Azərbaycanın İslam Həmrəyliyi Oyunlarındakı təcrübəsi ev sahibi ölkələr üçün çox faydalıdır
Konyada keçirilən V İslam Həmrəyliyi Oyunlarının məqsədi türk birliyi, İslam həmrəyliyi yolunda səyləri artırmaqdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçirilən açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevi görməkdən çox məmnunuq.

Bu sözləri açıqlamasında V İslam Həmrəyliyi Oyunlarının açılış mərasiminin gedişatında tanınmış türkiyəli jurnalist, idman üzrə şərhçi Kemal Soylu deyib.

Son illər Azərbaycanda idmanın sürətli inkişafda olduğunu, eləcə də ölkəmizin IV İslam Həmrəyliyi Oyunlarına uğurla ev sahibliyi etdiyinə xatırladan Kemal Soylu deyib ki, Azərbaycan komandasının Konyada geniş tərkiblə təmsil olunması ortaq idman tariximizdə böyük hadisədir.

Bu Oyunların bir sıra müsbət cəhətlərinin olduğunu diqqətə çatdıran şərhçi əminliklə bildirib ki, Azərbaycanın İslam Həmrəyliyi Oyunlarındakı təcrübəsi Türkiyə və bundan sonrakı oyunlara ev sahibliyi edəcək ölkələr üçün çox faydalı olacaqdır.

Xəbər 316 dəfə oxundu.