Özbəkistan 2026-cı ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək
Özbəkistan 2026-cı ildə Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

Bu barədə qərar Hindistanın Çennay şəhərində Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Baş Assambleyasında qəbul edilib.

Yarışa ev sahibliyi etmək hüququna Hindistan və Rumıniya da iddialı olsa da, səslərin əksəriyyəti bu turnirə ilk dəfə ev sahibliyi edəcək Özbəkistana verilib.

Qeyd edək ki, növbəti Ümumdünya Şahmat Olimpiadası 2024-cü ildə Budapeştdə (Macarıstan) keçiriləcək.

Ətraflı

Xəbər 286 dəfə oxundu.