Çimərlik futbolu üzrə Azərbaycan millisinin Dünya Çimərlik Oyunlarındakı rəqibləri müəyyənləşib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının İtaliyanın Katanya şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarındakı (Anoc World Beach Games) rəqibləri məlum olub.

Yığmamız Ukrayna və İsveçrə kollektivləri ilə qarşılaşacaq. Oyunların dəqiq tarixləri barədə daha sonra əlavə məlumat veriləcək.

Qeyd edək ki, oyunlar avqustun 27-dən sentyabrın 5-dək təşkil olunacaq.

Xəbər 276 dəfə oxundu.