Qadın voleybolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.

B qrupunda yer alan yığmamız ilk görüşündə Seneqal millisi ilə qarşılaşıb.

Karatay Konqres və İdman Mərkəzində keçirilən oyunda millimiz 3:0 (7:25, 6:25, 10:25) hesablı qələbə qazanıb.

Xəbər 377 dəfə oxundu.