Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan komandası Ermənistan yığması üzərində parlaq qələbə qazanıb
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında qadın şahmatçılarımız Ermənistan komandası üzərində parlaq qələbə qazanıb.

Bu gün keçirilən 10-cu turda qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət yığmamız Ermənistan şahmatçıları ilə mübarizə aparıblar. Dörd şahmatçımızdan 3-ü- Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova rəqiblərini məğub edib. Bununla da, komandamız artıq qələbəni təmin edib.

Komandamızın digər üzvü Xanım Balacayevanın oyunu isə davam edir.

Xəbər 255 dəfə oxundu.