Bölgələrdə basketbol idman növünü inkişaf etdirmək məqsədi daşıyan turnirlər davam edir
Azərbaycan Basketbol Federasiyasının təşkilatçılığı ilə basketbolun inkişafı istiqamətində ölkəmizin bir sıra regionlarında turnirlər keçirilib.

3x3 basketbol növü üzrə keçirilən "ABF 3x3" adlı Azərbaycan kuboku bu turnirlərdən biridir. İlk mərhələsi Gəncə şəhərində baş tutmuş yarışda oğlanlardan ibarət 56 oyunçu 14 komandanın, 20 qız oyunçu isə 5 komandanın heyətində mübarizə aparıblar. Növbəti mərhələsi Lənkəran şəhərində keçirilən turnirdə isə ümumilikdə 32 oğlan oyunçu, 8 komandanın heyətində iştirak ediblər.

Maraqlı idman mübarizəsi şəraitində keçən "ABF 3x3" adlı Azərbaycan kubokunu davamlı şəkildə keçirməkdə məqsəd ölkəmizdə bu idman növünə olan marağı daha da artırmaqdır.

Xəbər 341 dəfə oxundu.