Ümumdünya Şahmat Olimpiadası: Komandalarımız Ermənistan təmsilçiləri ilə qarşılaşacaqlar
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir

Bu gün keçiriləcək 10-cu turda kişilərdən (Şəhriyar Məmmədyarov, Qədir Hüseynov, Vasif Durarbəyli, Nicat Abasov) və qadınlardan (Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova) ibarət komandalarımız Ermənistan şahmatçıları ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, doqquz turdan sonra hər iki komandamızın aktivində 14 xal var və turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıblar.

Xəbər 195 dəfə oxundu.