Azərbaycan komandasının V İslam Həmrəyliyi Oyunlarında bayraqdarları bəlli olub
V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin bayraqdarları məlum olub.

Avqustun 9-da keçiriləcək açılış mərasimində Azərbaycan adı yazılan lövhəni güləşçi Hacı Əliyev daşıyacaq. Üçrəngli bayrağımızı isə atlet Nazim Babayev və voleybolçu Ayşən Abduləzimova aparacaqlar.

Hacı Əliyev Olimpiya Oyunlarının gümüş və bürünc mükafatçısı, üçqat dünya çempionu, üçqat Avropa çempionu, Avropa oyunlarının qızıl və bürünc mükafatçısıdır.

Nazim Babayev Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, Qış Universiadasının ikiqat qalibi, Yeniyetmələrin Yay Olimpiya Oyunlarının bürünc medalçısıdır.

Ayşən Abduləzimova isə qadın voleybolçulardan ibarət Azərbaycan millisinin kapitanı, “Çağırış” kubokunun qalibi, “Qızıl Avropa” liqasının və IV İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Xəbər 2257 dəfə oxundu.