Çimərlik futbolu üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanı yığmasına qalib gəlib
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Bakı Su İdman Sarayının ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz 3:2 hesabı ilə qələbə qazanıb.

Millimizin qollarını Bayram Paşazadə, Ramil Əliyev və İsa Zeynallı vurublar.

Xəbər 342 dəfə oxundu.