İslam Həmrəyliyi Oyunlarında Azərbaycanı 7 kişi cüdoçu təmsil edəcək
Cüdo üzrə kişilərdən ibarət millimizin V İslam Həmrəyliyi Oyunlarına hazırlığı çərçivəsində Bakıda təlim-məşq toplanışı keçirilir.

27 iyulda başlayan hazırlıq prosesi bu gün başa çatır. ACF-nin vitse-prezidenti, Olimpiya çempionu Elnur Məmmədli, federasiya prezidentinin müşaviri Natiq Bağırov, baş katibi Rəşad Rəsullu və performans direktor Mark van der Ham komandanın təlim-məşq toplanışını izləyib, hazırlığı ilə maraqlanıblar.

Avqustun 8-də yarışda iştirak etmək üçün millinin 7 üzvü Türkiyəyə yola düşəcək.

Məşqçi Zaur Babayevin rəhbərliyi altında ölkəmizi Balabəy Ağayev (60 kq), İbrahim Əliyev (66 kq), Nəriman Mirzəyev, Telman Vəliyev (73 kq), Zelim Tçkayev (81 kq), Elmar Qasımov (100 kq), İmran Yusifov (+100 kq) təmsil edəcəklər.

Cüdoçularımız avqustun 15-16-da fərdi yarışlarda, 17-də isə komanda turnirində iştirak edəcəklər.



Xəbər 257 dəfə oxundu.