Qurban Qurbanov: Mənə şəhid xəbərini eşitmək həddindən artıq təsir etdi
Şəhid xəbərini eşitmək bizim üçün xoş deyil. Allah şəhidimizə rəhmət etsin. Oyundan əvvəl isinmə hərəkətləri etməyə çıxanda antiterror əməliyyatı barədə eşitdik. Bəzi vəziyyətləri düzgün ifadə etməliyik. Belə hallar hər zaman bizi üzür. Mənə bu hadisə həddindən artıq təsir etdi. Çünki əvvəllər çox şəhidlərimiz olub.

Bunu UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Macarıstanın “Ferentsvaroş” komandasını qəbul edən Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında deyib.

Q.Qurbanov bildirib ki, həmin insanlar ailələrini, yaxınlarını qoyub Vətəni qorumaq və bizim üçün canlarından keçiblər. Hər birimizə bu şəhid xəbəri təsir etdi. Ola bilsin ki, hansısa futbolçu oyundan əvvəl bunu eşitmədi. Amma oyundan sonra onların arasında söhbət oldu.

“Yerli futbolçularla yanaşı, legioner oyunçular da belə hadisələrə biganə qalmırlar. Legionerlər komandanı o qədər çox sevir ki, onlar da belə hadisələrə reaksiya verirlər. İnanıram ki, onlara da təsir edəcək. Çox istərdim ki, şəhidlərimiz olmasın. Allah onların ailələrinə səbir versin”, - deyə baş məşqçi əlavə edib.

Xatırladaq ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdikləri ter

Xəbər 383 dəfə oxundu.