Azərbaycan Premyer Liqasının yeni mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq
Avqustun 5-də start götürəcək futbol üzrə Misli Premyer Liqasının 2022/2023-cü il mövsümünün oyunlarında VAR sistemi tətbiq olunacaq.

VAR-ın tətbiqini təsdiqləyən müvafiq sənəd FIFA tərəfindən AFFA-ya göndərilib.

FIFA iyulun 13-14-də VAR sisteminin texnoloji hazırlığını, 22-24-də isə hakimlərin son qiymətləndirməsini həyata keçirib və hər iki meyarın dəyərləndirilməsi müvəffəqiyyətlə yekunlaşıb.

Xəbər 219 dəfə oxundu.