Qadın şahmatçılarımız Olimpiadada Ukrayna komandası ilə heç-heçə ediblər
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Bu gün keçirilən 5-ci turda qadın yığmamız (Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva) Ukrayna şahmatçıları ilə heç-heçə edib – 2:2.

Qadın şahmatçılardan ibarət Azərbaycan millisinin hesabında 9 xal var.

Olimpiadada qadınların turnirində 162 ölkədən komandalar mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

Xəbər 204 dəfə oxundu.