“Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri bəlli olub
Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticəsinə görə, Bakı təmsilçisi üçüncü təsnifat mərhələsində Avstriyanın “Rapid” (Vyana) komandasını üstələsə, növbəti raundda “Vaduts” (Lixtenşteyn) – “Konyaspor” (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu avqustun 18-də, cavab matçı isə avqustun 25-də keçiriləcək. “Neftçi”nin “Rapid”lə ilk görüşü avqustun 4-də evdə, cavab qarşılaşması avqustun 11-də səfərdə olacaq. Bu cütün qalibi pley-off mərhələsində ilk görüşünü səfərdə keçirəcək.

Xəbər 228 dəfə oxundu.