Kişi şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında Türkiyə komandası ilə heç-heçə ediblər
Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadası davam edir.

Kişilərdən ibarət komandamız (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli) Türkiyə yığması ilə heç-heçə edib.

Qeyd edək ki, şahmatçılarımız ötən turları qalib başa vurublar.

Olimpiadada kişilərin yarışında 188 ölkədən komandalar mübarizə aparırlar.

İsveçrə sistemi üzrə keçirilən və 11 turdan ibarət yarış avqustun 9-dək davam edəcək.

Xəbər 189 dəfə oxundu.