Azərbaycan millisinin rəqibi V İslam Həmrəyliyi Oyunları üçün yekun heyətini açıqlayıb
Kişi həndbolçulardan ibarət Türkiyə millisinin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları üçün yekun heyəti açıqlanıb.

Türkiyə millisinin heyətində qapıçılar – Enis Yatkın (“Beşiktaş Yurtbay Seramik”), Hüseyin Bərəkət (“Nilüfər Bələdiyəspor”), sol cinah oyunçuları - Samet Kamberoğlu (“Bəykoz Bələdiyəspor”), Enis Harun Hacıoğlu (“Beşiktaş Yurtbay Seramik”), sol oyun qurucuları - Baran Nalbantoğlu (“Beşiktaş Yurtbay Seramik”), Fatih Çalkamış (“Nilüfər Bələdiyəspor”), Sədat Yıldırım (“Sakarya BB”), orta oyun qurucuları - Gökay Bilim (“Beşiktaş”), Atakan Şirin (“Spor Toto”), Əray Karakoç (“Trabzon BB”), sağ oyun qurucuları - Durmuş Ali Tınkır (“Spor Toto”), Cemal Kütahya (“Hatay BB”), sağ cinah oyunçuları - Doğukan Kəsər, Şevkət Yağmuroğlu (“Beşiktaş Yurtbay Seramik”), pivotlar - Alpər Aydın (“Bəykoz Bələdiyəspor”) və İlkan Kələşoğlu (“Hatay BB”) yer alıblar.

Qeyd edək ki, həndbol yarışları avqustun 7-14-də Konya Səlçuklu Bələdiyyəsi Beynəlxalq İdman Zalında keçiriləcək. Türkiyə millisi B qrupunda avqustun 8-də Bakı vaxtı ilə saat 16:00-da İranla, avqustun 10-da eyni vaxtda Azərbaycanla üz-üzə gələcək.

Xəbər 276 dəfə oxundu.