FIDE: Şahmatçılarımız dünya reytinqində irəliləyiblər
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2758 xal) 2, Teymur Rəcəbov (2747 xal) isə 3 pillə irəliləyiblər. Ş.Məmmədyarov hazırda dünya reytinqində 10-cu, T.Rəcəbov 15-ci yeri tuturlar.

Kişi şahmatçılarımızdan ilk yüzlükdə iki təmsilçimiz yer alıb. Belə ki, Qədir Hüseynov (2668 xal) 78-ci, Rauf Məmmədov isə (2656 xal) 93-cü pillədə qərarlaşıblar.

Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2864 xal) başçılıq edir. Çinli Liren Dinq (2808 xal) ikinci, FIDE-ni təmsil edən Yan Nepomnyaşi (2792 xal) isə üçüncü yerdədirlər.

Qadınların reytinq cədvəlində isə şahmatçılarımızdan Günay Məmmədzadə 5 pillə irəliləyərək 2466 xalla 21-ci yerdə qərarlaşıb. Ülviyyə Fətəliyeva (2413) 41-ci, Gülnar Məmmədova (2380 xal) isə 68-ci pillələrdə yer alıblar.

Çinli Hou Yifan (2650 xal) qadınların reytinq cədvəlinə başçılıq edir. Rusiyalı Aleksandra Qoryaçkina (2579 xal) və çinli Ju Venjun (2560 xal) sonrakı iki pillədə qərarlaşıblar.

Xəbər 226 dəfə oxundu.