Basketbol üzrə Azərbaycan milli komandası Avropa çempionatının yarımfinalına yüksəlib
Basketbol üzrə U-18 milli komandamız Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib.

San Marinoda gənclər arasında təşkil olunmuş Avropa çempionatının “C” divizionunda U-18 milli komandamız “B” qrupunda sonuncu görüşünə çıxıb. Moldova seçməsi ilə qarşılaşan Tahir Baxşıyev və Anar Sarıyevin rəhbərlik etdiyi yığmamız görüşün əvvəlində qazandığı üstünlüyü oyunun sonunadək davam etdirərək rəqibini 75-66 hesabı ilə məğlub edib.

Qrupdakı bütün rəqiblərinə qalib gələn millimiz adını turnirin yarımfinalına yazdırıb.

Millimizin bu mərhələdəki rəqibi “A” qrupunda keçiriləcək Albaniya-Andorra cütünün qalibi olacaq.

Yarımfinal görüşü iyulun 30-da Bakı vaxtı ilə saat 21:15-də təşkil olunacaq.

Xəbər 479 dəfə oxundu.