Bu gün cüdoçularımız Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalında mübarizəyə başlayırlar
Bu gün cüdoçularımız Slovakiyada keçirilən Avropa Yeniyetmələrinin XVI Yay Olimpiya Festivalının fərdi yarışlarında mübarizəyə başlayırlar.

Azərbaycanı yarışda 12 cüdoçu təmsil edir. Belə ki, oğlanların yarışında Murad Əliyev (55 kq), Nurlan Kərimli (60 kq), Eltac Yusifli (66 kq), Qədir Hüseynov (73 kq), İsmayıl Zamanov (81 kq), Əjdər Bağırov (100 kq), Kənan Nəsibov (+100 kq), qızların turnirində isə Xumar Qasımzadə (44 kq), Könül Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq), Fidan Əlizadə (57 kq) və Nigar Süleymanova (+78 kq) iştirak edəcəklər. Festival çərçivəsində fərdi cüdo turniri iyulun 29-dək davam edəcək. İyulun 30-da isə komanda yarışları keçiriləcək.

Hər gün Bakı vaxtı ilə saat 13:00-da başlayacaq yarışların final görüşləri ilə saat 18:00-da keçiriləcək.

Festivalda Azərbaycan idmançıları cüdo ilə yanaşı, gimnastika, velosiped, atletika, tennis, üzgüçülük, badminton idman növlərində təmsil olunurlar.

Xəbər 321 dəfə oxundu.