Qadın həndbolçulardan ibarət yığmamız beşinci İslam Həmrəyliyi Oyunlarına Göygöldə hazırlaşır
Qadınlardan ibarət həndbol üzrə yığma komandamız növbəti təlim–məşq toplanışına start verilib.

Göygöl Olimpiya İdman Kompleksində gündə iki dəfə olmaqla davam etdirilən hazırlıq prosesinə 16 idmançı qatılıb.

Avqustun 1-də başa çatacaq təlim-məşq toplanışı V İslam Həmrəyliyi Oyunları ərəfəsində sonuncu hazırlıq tədbiridir.

Xəbər 263 dəfə oxundu.