“Grand Chess Tour”: Şəhriyar Məmmədyarov daha üç turda mübarizə aparacaq | |
Xorvatiyanın Zaqreb şəhərində şahmat üzrə “Grand Chess Tour” seriyasının 3-cü mərhələsi davam edir. Bu gün turnir çərçivəsində qrossmeysterimiz Şəhriyar Məmmədyarov daha 3 turda mübarizə aparacaq. Onun rəqibləri fransalı şahmatçı Maksim Vaşye-Laqrav, ABŞ təmsilçiləri Leyner Dominqes, Uesli So olacaq. Qeyd edək ki, Ş.Məmmədyarov ötən turların nəticəsinə görə 6 xalla 6-cı yerdə qərarlaşıb. Turnir iyulun 25-dək davam edəcək. |
|
Xəbər 198 dəfə oxundu. |
|
|