UEFA Konfrans Liqası: "Zirə" - "Makkabi" (Təl-Əviv) oyunu başlayıb
UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən "Zirə" (Bakı) - "Makkabi" (Təl-Əviv, İsrail) oyunu başlayıb.

Bakı təmsilçisinin start heyətində Mehdi Cənnətov, Sərtan Taşkın, İlkin Muradov, Rəhim Sadıxov, Rüstəm Əhmədzadə, Hamidu Keyta, Hacıağa Hacılı, Nemanya Ancelkoviç, Qismət Alıyev, Dmitrios Çantakias və Coşqun Diniyev yer alıblar.

"Makkabi"nin heyətində isə meydana Daniel Perets, Enrix Saborit, Yoris van Overeem, Qavriel Kaniçovski, Brendli Kuvas, Qiaqon Parfait, Şeran Yeyni, Eyal Qolasa, Ofir Davidzada, Andre Geraldes və Corce Yovanoviç çıxıblar.

“Dalğa Arena"da oynanılan matçı irlandiyalı FIFA referisi Rob Hennessi idarə edir.

Xəbər 171 dəfə oxundu.