“Neftçi”nin UEFA Konfrans Liqasındakı rəqibi növbəti transferini reallaşdırıb
Bakının “Neftçi” futbol klubunun UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi “Aris” (Kipr) növbəti transferini reallaşdırıb.

Limassol təmsilçisi “Hammarbü”də (İsveç) çıxış edən Leo Benqstonu heyətinə qatıb. İyirmi dörd yaşlı isveçli yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Aris” və “Neftçi” arasında ilk oyun bu gün Larnakada, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.

Xəbər 200 dəfə oxundu.