Super Liqa təmsilçisi heyətini yeni futbolçularla gücləndirib
Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçularla gücləndirib.

Super Liqa təmsilçisi qapıçı Erten Ersu, sol cinah müdafiəçisi Matey Hanousek və yarımmüdafiəçi Lazar Markoviçi transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. E.Ersu yeni klubu ilə 2, Lazar Markoviç 2+1 illik müqavilə bağlayıbsa, Matey Hanousek qarşıdakı mövsümün sonunadək Praqa “Sparta”sından icarəyə götürülüb.

Xəbər 192 dəfə oxundu.