UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarında ən çox azarkeş “Qarabağ” – “Sürix” matçında qeydə alınıb
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

12 matçda ümumilikdə 142 minə yaxın tamaşaçı iştirak edib.

Bakıda keçirilən "Qarabağ" -"Sürix" (İsveçrə) görüşü bu göstəricidə birinci olub. Qarşılaşmanı 30 min 782 azarkeş izləyib.

"Makkabi" (Hayfa, İsrail) - "Olimpiakos" (Yunanıstan) oyunu ikinci (29 min 654) "Ferentsvaroş" (Macarıstan) - "Slovan" (Bratislava, Slovakiya) matçı isə üçüncü (20 min 459) olub.

Qeyd edək ki, "Qarabağ" "Sürix"lə ev oyununda 3:2 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab qarşılaşması iyulun 27-i keçiriləcək.

Xatırladaq ki, "Qarabağ"ın turnirin birinci təsnifat mərhələsində Polşanın "Lex" klubu ilə keçirdiyi hər iki oyun da ən çox tamaşaçı toplayan görüş olmuşdu.

Xəbər 191 dəfə oxundu.