Mariana Vasileva: Beşinci İslam Həmrəyliyi Oyunlarında gimnastlarımızdan qüsursuz çıxış gözləyirik
Artıq ikinci dəfədir ki, bədii gimnastika İslam Həmrəyliyi Oyunlarının proqramında yer alır. Konyada təşkil olunacaq beşinci İslam Həmrəyliyi Oyunların proqramında qrup hərəkətləri üzrə yarışlar da təşkil olunacaq.

Bu sözləri AGF-in İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva deyib.

M.Vaslieva deyib: “Əlbəttə ki, gimnastikanın Oyunlarda təmsil olunması bizi sevindirir. Məhz bu amil gimnastikanın İslam ölkələri arasında inkişafı və populyarlaşması baxımından böyük əhəmiyyət kəsb edir. Artıq bu sahədə irəliləyişlər hiss olunur. Nəticələrə gəlincə, ümid edirəm ki, digər idman növləri ilə yanaşı, gimnastlarımız da onlara bəslənilən ümidləri doğruldacaqlar. Əlbəttə ki, idmanda proqnoz vermək çətindir. Bəzən idmançıdan asılı olmayaraq, nəticə istənilən kimi olmur. İlk növbədə, gimnastlarımızdan qüsursuz çıxış gözləyirik. Belə olan halda uğurlu nəticəyə də ümid etmək olar”.

Xəbər 397 dəfə oxundu.