Kişi voleybolçulardan ibarət Azərbaycan millisi yoxlama oyununda Mərakeş yığmasına məğlub olub
Hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək.

Baş məşqçi Pərviz Səmədovun komandası İslamiadadakı rəqibi Mərakeş, həmçinin Belarus yığması ilə üz-üzə gələcək.

Millimiz növbəti yoxlama oyununda gücünü sınayıb. Voleybol Mərkəzində Mərakeş millisi ilə qarşılaşan yığmamız rəqibinə 2:3 hesabı ilə məğlub olub.

İlk yoxlama oyununda millimiz Belarus seçməsinə 1:3 hesabı ilə uduzub.

Azərbaycan yığması növbəti yoxlama oyununu iyulun 21-də Belarusa, ertəsi gün isə Mərakeşə qarşı keçirəcək.

Xəbər 396 dəfə oxundu.