Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Gəncədə regional seminar keçirilib | |
Azərbaycan Şahmat Federasiyasının (AŞF) Məşqçilər Komissiyasının təşkilatçılığı ilə Gəncədə regional seminar keçirilib. Seminarda Gəncə, Şəmkir, Mingəçevir, Gədəbəy və Tovuzdan ümumilikdə 50 məşqçi-müəllim iştirak edib. Tədbir çərçivəsində ibtidai hazırlıq və təlim-məşq qrupları ilə tədris aparan məşqçilərlə müasir metodiki yanaşmalar, təcrübə mübadiləsi, tədrisdə müasir şahmat proqramlarının və elektron vəsaitlərin rolu barədə söhbət aparılıb. Seminar AŞF-in Məşqçilər Komissiyasının rəhbəri, Əməkdar məşqçi Anar Allahverdiyev və komissiyanın üzvü, “Təhsil” Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev tərəfindən keçirilib. Seminarlar növbəti aylarda başqa regionlarda davam etdiriləcək. |
|
Xəbər 203 dəfə oxundu. |
|
|