Şahmatçımız Məhəmməd Muradlı İsveçrədə keçirilən beynəlxalq turnirdə mübarizəni davam etdirir
İsveçrədə beynəlxalq şahmat festivalının 6-cı turunun qarşılaşmaları keçiriləcək.

Yarışda iştirak edən Azərbaycanı təmsilçisi Məhəmməd Muradlının növbəti turda rəqibi macarıstanlı Banusz Tamas olacaq.

Şahmatçımız beş turun nəticəsinə görə 3,5 xal toplayıb. Doqquz turdan ibarət turnir İsveçrə sistemi üzrə keçirilir.

Qeyd edək ki, yarış iyulun 22-dək davam edəcək.

Xəbər 217 dəfə oxundu.