Lənkəranda badminton üzrə ustad-dərsləri keçirilib
Ötən həftəsonu Azərbaycan Badminton Federasiyası və Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinin qarşısında #AirBadmintonChallenge keçirilib.

Açıq havada təşkil olunan ustad-dərsləri Lənkəran şəhər sakinlərinin böyük marağına səbəb olub.

Uşaq və böyüklərin asudə vaxtını səmərəli və əyləncəli keçirməsi üçün sakinlər arasında müxtəlif oyunlar, hədiyyəli viktorinalar təşkil olunub.

Axşam saatlarına kimi davam edən ustad-dərslərindən sonra bir neçə uşaq badminton bölmələrinə yazılıb.

Qeyd olunub ki, Azərbaycan Badminton Federasiyasının iyulda açıq havada həyata keçirdiyi ikinci tədbirdir.

Əvvəlcə 5 iyul - Ümumdünya Badminton Günü münasibətilə Bakıda Heydər Əliyev Mərkəzinin parkında "Airbadminton Challenge" keçirilib.

Xəbər 438 dəfə oxundu.