Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Mərakeş və Belarus yığmaları ilə yoxlama oyunları keçirəcək | |
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığı Bakıda davam etdirir. Hazırlıq planına uyğun olaraq yığma paytaxtdakı təlim-məşq toplanışında bir neçə yoxlama görüşü keçirəcək. Baş məşqçi Pərviz Səmədovun komandası İslamiadadakı rəqibi Mərakeş ilə, həmçinin Belarus yığması ilə üz-üzə gələcək. Hər iki komanda artıq Bakıdadır və bu gün Voleybol Mərkəzində ilk məşqlərinə çıxıblar. Azərbaycan yığması iyulun 18-də və 21-də Belarusla, iyulun 19-da və 22-də Mərakeşlə üz-üzə gələcək. Qarşılaşmalar saat 17:00-da start götürəcək. |
|
Xəbər 373 dəfə oxundu. |
|
|