Kyokuşinkaykan karate və ciyutaido üzrə dünya çempionatlarında uğurla çıxış edən Azərbaycan millisi Vətənə qayıdıb
İstanbulda keçirilən kyokuşinkaykan karate və ciyutaido üzrə dünya çempionatlarında uğurla çıxış edən Azərbaycan milli komandasının üzvləri iyulun 17-də Vətənə qayıdıblar.

Heydər Əliyev Beynəlxlaq Aeraportunda idmançıları qarşılanma mərasimi təşkil olunub. Tədbirdə Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının, "Ciyutaido Azərbaycan" Təşkilatının rəsmiləri, idmançıların yaxınları və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Azərbaycan idmançıları kyokuşinkaykan karate üzrə dünya çempionatında 2 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıblar. Ciyutaido üzrə dünya çempionatını isə təmsilçilərimiz 4 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurublar.

İdmançılarımızın dünya çempionatlarındakı uğurlu çıxışını yüksək qiymətləndirən Azərbaycan Kyokuşinkaykan Karate Federasiyasının prezidenti Teyyub Əzizov bildirib: “Azərbaycan ümumi komanda hesabında üçüncü olub. Qazanılan nailiyyət münasibətilə idmançılarımızı təbrik edirəm. Ümid edirəm ki, qarşıdakı yarışlarda da idmançılarımız uğurlu çıxışları ilə xalqımızı sevindirəcəklər. Bir həftə əvvəl millimiz Bolqarıstanda təşkil olunan Avropa çempionatında da uğurla iştirak edərək 2 gümüş və 2 bürünc medala sahib olmuşdu”.

Xəbər 270 dəfə oxundu.