“Qarabağ”ın rəqibi “Sürix” iki futbolçusunu icarəyə verib
Ağdamın “Qarabağ” klubunun UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsindəki rəqibi İsveçrə çempionu “Sürix” iki futbolçusunu icarəyə verib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İyirmi yaşlı müdafiəçi Silvan Vallner və yarımmüdafiəçi Nils Rayxmut karyeralarını yerli “Vil” komandasında davam etdirəcəklər. Hər iki oyunçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, “Qarabağ”la “Sürix” arasında ilk matç iyulun 19-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Cavab oyunu isə iyulun 27-si İsveçrədə olacaq.

Xəbər 227 dəfə oxundu.