Ümumdünya Oyunları: Kikboksinqçimiz qızıl medal qazanıb
Kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən XI Ümumdünya Oyunlarında qızıl medal qazanıb.

91 kıloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız finalda xorvatiyalı son dünya ikincisi Anto Şiriçə qalib gələrək birinci yeri tutub.

Qeyd edək ki, bu, Ümumdünya Oyunlarında Azərbaycanın yeganə qızıl medalıdır. Azərbaycan bu qızıl medal sayəsində 33-cü yerə yüksəlib. Millimiz 1 qızıl və 1 bürünc medalla bu yeri Litva ilə bərabər bölüşdürür. Kikboksinq üzrə nəticəyə əsasən isə Azərbaycan 1 qızıl medalla Avstriya və Meksika ilə birgə 3-cü yerdədir.

Xatırladaq ki, “Altın Qurd” ləqəbli Bəhram Rəcəbzadə 1/4 finalda son dünya üçüncüsü Miroslav Vuyoviç diskvalifikasiya olunduğu üçün döyüşmədən qalib elan edilib. O, yarımfinalda digər son dünya üçüncüsü Roman Şerbatyuku (Ukrayna) məğlub edib. Kikboksinqçinin 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb.

Qeyd edək ki, XI Ümumdünya Oyunlarına iyulun 17-də yekun vurulacaq.

Xəbər 320 dəfə oxundu.