Sumqayıtda “Gimnastika hamı üçün” tədbiri təşkil ediləcək
Gənclər və İdman Nazirliyinin “İdman hamı üçün” layihəsi çərçivəsində iyulun 17-də Sumqayıtda “Gimnastika hamı üçün” tədbiri təşkil ediləcək.

Eyləncəli idman tədbirinin təşkilində məqsəd əhali arasında gimnastika idman növünün təbliği, idmana marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkilidir.

“Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbində keçiriləcək tədbirdə hər kəs iştirak edə bilər.

Tədbirdə müxtəlif musiqili – nümunəvi çıxışlar təqdim ediləcək. İstənilən yaş kateqoriyasından olan insanlar gimnastika mütəxəssislərinin rəhbərliyi altında keçiriləcək proqrama kütləvi şəkildə qoşularaq isinmə, gimnastika, rəqs hərəkətlərini yerinə yetirə və flaşmobda iştirak edə bilərlər.

Xəbər 319 dəfə oxundu.