Ümumdünya Oyunları: Kikboksinqçimiz finala yüksəlib
Kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən Ümumdünya Oyunlarında uğurla çıxış edərək finala yüksə

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb. Belə ki, onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.

B.Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanıb.

O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.

Xəbər 361 dəfə oxundu.